
Fransanın PSJ klubunun futbolçusu Milan Şkrinyar karyerasını Türkiyədə davam etdirəcək.
Sportnet.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi “Fənərbağça” ilə danışıqlar aparır.
Paris təmsilçisi Şkrinyarla artıq bu həftə vidalaşa bilər. Hazırda keçidin icarə yoxsa tam satış olacağı müəyyənləşdirilir.
Qeyd edək ki, Milan Şkrinyar son mövsümün ikinci yarısında “Fənərbağça”da icarədə olub. O, İstanbul təmsilçisi ilə meydana çıxdığı 23 oyunda 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.