
İspaniyanın “Real Madrid" klubu futbolçusu Çema Andreslə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı mərkəz müdafiəçisi Almaniyanın “Ştutqart” komandasına transfer olunub.
İspaniyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb. “Transfermarkt” portalının məlumatına görə, keçidin dəyəri 3 milyon avro olub.
Qeyd edək ki, Çema Andres 2018-ci ildən "Real Madrid"in akademiyasında çıxış edir. O, bu ilin yanvarında klubun əsas heyətində debüt edib.