
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin İrlandiya "Şelburn"una qarşı keçirəcəyi oyuna satılan biletlərin sayı açıqlanıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşə 19 500 bilet satılıb.
İyulun 30-da keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" oyunu saat 20:00-da start götürəcək.