
İspaniyanın 7-ci divizionunda çıxış edən "Rayo Sanlukenyo" klubu 2008-ci ilin Avropa çempionu Dani Quisa ilə müqavilə bağlayıb.
Sportnet.az xəbər verir ki, 44 yaşlı ispaniyalı hücumçu 1 illik sözləşməyə imza atıb.
Quisa 2024/2025 mövsümündə 5-ci divizionun "Rotenya" komandasında çıxış edib.
Əvvəllər isə o, Türkiyənin "Fənərbağça", İspaniyanın "Barselona", "Kadis", "Malyorka" və "Xetafe" kimi tanınmış klublarının formasını geyinib. Təcrübəli forvard İspaniya millisində 21 oyuna 6 qol vurub.