
"Nyukasl" "Sauthempton"un futbolçusu Aaron Remsdeyli transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı qapıçı yeni komandasında icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti bir mövsümlükdür.
Bildirilir ki, sözləşmədə birdəfəlik alma imkanı da var.
Qeyd edək ki, Aaron Remsdeyl "Sauthempton"a ötən ilin yayında "Arsenal"dan keçmişdi.