
İspaniyada "Las Palmas" və "Tenerife" arasındakı Teyde Kuboku uğrunda görüş zamanı komandaların azarkeşləri sərt münaqişəyə giriblər.
Sportnet.az xəbər verir ki, Kanar adaları derbisində 100-dək yerli azarkeş rəqib tribunaya tərəf gedərək, onlara yad əşyalar atmağa başlayıb.
İnsidentin qarşısını mühafizəçilər və polislər alıblar. Onlar vəziyyəti sakitləşdirərək, daha ciddi fəsadların yaşanmasına imkan verməyiblər.
Komandalar isə meydana leykemiyadan əziyyət çəkən balaca Eliasa dəstək vermək və beyin sümüyü donorluğunun vacibliyinə diqqət çəkmək məqsədilə meydana xüsusi futbolkalarda çıxıblar.
Oyunun əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Penaltilər seriyasında "Tenerife" 4:1 hesablı üstünlüklə kuboku qazanıb.
ÚLTIMA HORA | Lamentables incidentes de los ultras de la UD Las Palmas en el Trofeo Teide.
— El Chiringuito TV (@elchiringuitotv) August 2, 2025
Ante el lanzamiento de objetos y vallas de seguridad, la Guardia Civil se vio obligada a intervenir.
Se desplazaron en torno a 80 radicales al estadio de Los Cuartos. pic.twitter.com/WX4fdLGVht