
Almaniyanın "Bavariya" klubunun əfsanəvi futbolçusu Uli Höness xəstəxanaya yerləşdirilib.
Sportnet.az xəbər verir ki, 73 yaşlı veteran oyunçu xeyriyyə məqsədilə keçirilən qolf turnirində damarını qoparıb.
Höness artıq özünü yaxşı hiss edir və xəstəxananı tərk edib.
Canlı əfsanə 49 ilini "Bavariya"da keçirib. O, əvvəlcə futbolçu kimi klubda 250-dən çox oyunda iştirak edib, sonra isə Münhen təmsilçisinin rəhbər şəxslərindən olub.
Höness 30 il Bundesliqa nəhənginin baş meneceri, daha sonra isə prezidenti vəzifəsini icra edib. O, 2019-cu ildə təqaüdə çıxıb.
Qeyd eədk ki, Uli Höness Münhendən 430 kilometr aralıda təşkil olunan "Green of 18" turnirində iştirak edərkən xoşagəlməz hadisə ilə üzləşib.