
İtaliyanın "Milan" klubunun futbolçusu Samuel Çukvueze karyerasına Türkiyədə davam etdirə bilər.
Sportnet.az "Calciomercato"ya istinadən xəbər verir ki, nigeriyalı cinah oyunçusu ilə "Beşiktaş" maraqlanır.
26 yaşlı futbolçunun agentinin "qartallar"la danışıqlar aparmaq üçün artıq İstanbulda olduğu bildirilir.
"Milan" "Beşiktaş"ın ilkin təklifini geri çevirib. İstanbul təmsilçisi yeni təklif irəli sürə bilər, lakin razılıq əldə etmək şansları hazırda aşağıdır.
Qeyd edək ki, Samuel Çukvueze 2023-cü ilin yayından "Milan"da çıxış edir. O, ötən mövsüm ərzində meydana çıxdığı 36 oyunda 5 qol və 3 məhsluldar ötürmə müəllifi olub.