
"Yuventus"un futbolçusu Timoti Vea "Marsel"ə keçir.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabrtisio Romano məlumat yayıb.
25 yaşlı hücumçu 1 mövsümlük icarəyə götürülür. Fransa klubu mövsümün sonunda 14 milyon avro ödməklə Veanı birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, ABŞ millisinin üzvü olan futbolçu 2023-cü ildə "Lill"dən "Yuventus"a keçib.