
Bolqarıstanın "Levski" klubu "Sabah"la keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunu üçün biletləri satışa çıxarıb.
Sportnet.az "Gong.bg" saytına istinadən xəbər verir ki, Georgi Asparuhov adına stadionun kassaları yerli vaxtla saat 10:00-da açılıb.
Mənbənin məlumatına görə, yüzlərlə azarkeş bilet almaq üçün növbəyə düzülüb. Oyuna böyük marağı nəzərə alan klub bir nəfərə 4 biletdən artıq satışı qadağan edib.
Avqustun 7-də keçiriləcək qarşılaşmada stadionun tam dolacağı gözlənilir.
Qeyd edək ki, "Sabah"ın "Levski" ilə Bakıda keçirəcəyi cavab oyunu avqustun 14-də təşkil olunacaq.