
"Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 31 yaşlı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Fayha" komandasına keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Əlcəzair millisinin yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Yassin Benzia "Qarabağ"la başa çatan müqaviləsini yeniləməyib. O, 2023-cü ildən Ağdam təmsilçisinin şərəfini qoruyurdu.