
İngiltərənin "Tottenhem" klubu ciddi itki ilə üzləşib.
Sportnet.az "BBC Sport"a istinadən xəbər verir ki, London təmsilçisinin futbolçusu Ceyms Meddison sıradan çıxıb.
29 yaşlı yarımmüdafiəçi ön çarpaz bağından zədələnib. Onun qarşıdakı mövsümün böyük hissəsini buraxacağı gözlənilir.
Meddison avqustun 3-də Cənubi Koreyada "Nyukasl Yunayted"lə keçirilən mövsümöncəsi hazırlıq matçında (1:1) xəsarət alıb.
Qeyd edək ki, Ceyms Meddison 2023-cü ildən "Tottenhem"də çıxış edir. O, ötən mövsüm ərzində meydana çıxdığı 45 oyunda 12 qol və 10 məhsuldar ötürmə müəllifi olub.