
“Arsenal”ın sol cinah müdafiəçisi Aleksandr Zinçenko “Fənərbağça”ya keçməyə yaxındır.
Sportnet.az “TRT Spor”a istinadən xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo Zinçenkonun tez bir zamanda komandaya qoşulmasını istəyir.
Portuqaliyalı çalışdırıcının ukraynalını yarımmüdafiə mövqeyində oynatmaq istədiyi vurğulanır.
O da bildirilir ki, “Fənərbağça” 28 yaşlı futbolçunun transferini rəsmi olaraq istəyib və müvafiq sorğunu “Arsenal”a göndərib.
Qeyd edək ki, Zinçenko 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.