Fransanın PSJ klubunun rusiyalı qapıçısı Matvey Safonov və ukraynalı yeni transferi İlya Zabarnı paltardəyişmə otağında dostlaşıblar.

 

Sportnet.az-ın məlumatına görə, klubdan eksklüziv xəbərlər yaymaq üzrə ixtisaslaşmış "Paris No Limit" nəşri onların kollektiv daxilində münasibətlərinin təfərrüatlarını açıqlayıb.

 

Onların İngiltərə "Tottenhem"inə qarşı UEFA Super Kuboku matçına təyyarədə yan-yana uçduqları bildirilir.

Məlumatı yayan media orqanının sosial şəbəkə hesabına PSJ-nin sabiq və hazırkı bir çox oyunçusu abunə olub. Onların arasında Usman Dembele, Əşrəf Hakimi, Canluici Donnarumma, Mauro İkardi, Kilian Mbappe, Serxio Ramos, Anxel Di Mariya, Marko Verratti, habelə, dünyaca məşhur insayder Fabritsio Romano da var.