"Fakel" klubunun "Şamaxı"dan transter etdiyi futbolçu Belaydi Pusi Rusiyada diqqət mərkəzinə düşüb.

Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçu I Liqada 3 qolla bombardirlər siyahısına düşüb.

 

Albaniyalı forvard son olaraq, avqustun 17-də səfərdə "Çernomorets" üzərində qələbə topunu vurub - 1:0.

Hazırda o, yalnız David Karayev (KAMAZ) və Amur Kalmıkovdan ("Arsenal") 1 top geri qalır.

"Fakel" isə 5 oyundan 15 xalla liderdir.

 

Qeyd edək ki, Belaydi Pusi fevralda Voronej təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. Həmin vaxt "Fakel" Rusiya Premyer Liqasında qalmaq uğrunda mübarizədə istəyinə nail ola bilməyib və sonuncu yeri tutaraq, I Liqaya enib.