
"Roma" mərkəz müdafiəçisi Maraş Kumbullanı icarəyə verib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi İspaniya "Malyorka"sına keçib. Onunla 1 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, Maraş Kumbulla ötən mövsüm icarə əsasında "Espanyol"da 36 oyun keçirib və 3 qol vurub.