
Almaniyanın "Bavariya" klubunun futbolçusu Pol Uanner karyerasını Niderlandda davam etdirə bilər.
Sportnet.az "Kicker"ə istinadən xəbər verir ki, PSV 19 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Oyunçu 2024/2025 mövsümündə icarə əsasında "Haydenhaym"da çıxış edib. O, 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Pol Uannerin Münhen təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.