
İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah klubla müqaviləsini 2027-ci ilədək uzatmasına dair qərarının səbəbini açıqlayıb.
Sportnet.az xəbər verir ki, 2017-ci ildən mersisaydlıların heyətində çıxış edən misirli hücumçu klubun rəsmi saytına açıqlamasında qələbələrə hələ də ac olduğunu bildirib.
33 yaşlı forvard məhz bu səbəbdən klubla müqaviləsini daha 2 il müddətinə yenilədiyini dilə gətirib: "Premyer Liqada belə səviyyədə oynamaq xoşdur. Bundan başqa, 33 yaşımda özümü komandaya hələ nə isə verə biləcək səviyyədə hiss edirəm. Bu, məni özümlə fəxr hissi keçirməyə vadar edir. Çünki mən həqiqətən də bunun üçün çox çalışıram".
Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyunda 29 qol və 18 məhsuldar ötürmə müəllifi olub.