
Domeniko Berardi İtaliyanın "Sassuolo" klubu ilə müqavilə müddətini artırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı cinah hücumçusu ilə yeni sövdələşmənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Berardi "Sassuolo"nun yetirməsidir və karyerası ərzində yalnız bu komandanın fprmasını geyinib. O, 2013-cü ildə "Yuventus"a transfer olunsa da, yenidən icarə əsasında doğma klubunda çıxış edib.
Qeyd edək ki, Domeniko "Sassuolo"nun heyətində 400 matçda 148 qol və 110 ötürmə ilə fərqlənib.