
İspaniya La Liqasında çıxış edən "Vilyarreal" klubu İngiltərənin "Çelsi" komandasının futbolçusu Renatu Veyqanı transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Renatu Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliya "Yuventus"unun heyətində keçirib. O, bütün yarışlarda 33 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.