
Türkiyənin "Fənərbağça' klubunun baş məşqçisi Joze Mourinyo komandanı tərk edə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqası təmsilçisi "Nottingem Forest"in sükanı arxasına keçə bilər.
"Meşəbəyilər"in hazırkı baş məşqçisi Nunu Eşpiritu Santu rəhbərliklə aralarında yaranan anlaşılmazlığa görə postunu tərk etmək riski ilə üzləşib.
Nottingem təmsilçisi, Santunun istefaya göndəriləcəyi təqdirdə, komandanı Mourinyoya tapşırmaq niyyətindədir.
Qeyd edək ki, Joze Mourinyo əvvəllər İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem" klublarını çalışdırıb.