
Azərbaycan yığma komandasının hücumçusu Renat Dadaşov "Motor Lublin"in heyətində Polşa Ekstraklasasında növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, VI turun səfər matçında rəqib "Korona" olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Dadaşov 73-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra “Motor Lublin” 5 oyundan 5 xalla 15-ci sırada qərarlaşıb.