
İngiltərə Premyer Liqasında II turun "Lids"ə qarşı ev oyunu "Arsenal"ın futbolçusu Maks Douman üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, Douman 15 yaş 235 günündə peşəkar səviyyədə debüt edib. 64-cü dəqiqədə meydana daxil olan yarımmüdafiəçi 90+5-ci dəqiqədə penalti qazanıb. Onun komanda yoldaşı, yeni transfer Viktor Dökereş penaltini dəqiq yerinə yetirib.
Nəticədə "topçular" 5:0 hesablı qələbə qazanıb. Bununla da "Arsenal" 2 oyundan 6 xalla turnir cədvəlinə başçılıq edir.