
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hacı-Məhərrəmov 2026-cı il dünya çempionatının seçmə mərhələsinin sentyabrın 4-də keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Astana şəhərindəki “Astana Arena”da baş tutacaq.