
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov "Arda"nın heyətində Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib “Slaviya” olub.
Səfər matçı "Arda"nın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Start heyətində meydana çıxan Hüseynov görüşü əvəzlənmədən keçirib.
Qeyd edək ki, “Arda” 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.