
Braziliya milli komandasının dünya çempionatının qarşıdakı seçmə oyunları üçün heyəti açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Karlo Ançelotti hazırda “Santos”da çıxış edən Neymara dəvət göndərməyib.
İtaliyalı mütəxəssis sabiq komandası “Real Madrid”in braziliyalı futbolçularından da heç birinə ehtiyac duymayıb.
Qeyd edək ki, Braziliya millisi sentyabrın 5-də Çili, sentyabrın 10-da isə Boliviya ilə qarşılaşacaq.