
"Çelsi" və "Mançester Yunayted"in sabiq futbolçusu Nemanya Matiçin yeni klubu bəlli olub.
Sportnet.az xəbər verir ki, İtaliyanın “Sassuolo” klubu təcrübəli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb. Bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
37 yaşlı serbiyalı futbolçu İtaliya təmsilçisinə azad agent kimi keçib.
Qeyd edək ki, Matiç 2024/2025 mövsümündə Lion “Olimpik”ində çıxış edib. O, bütün turnirlərdə 39 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.