
Fransa PSJ-si futbolçusu Arnau Tenası satıb.
Sportnet.az xəbər verir ki, 24 yaşlı qapıçı İspaniya "Vilyarreal"ına keçib.
Qolkiperin müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Daha əvvəl Tenasın transfer qiymətinin 2,5 milyon avro olacağı bildirilirdi.
Xatırladaq ki, PSJ əsas qapıçısı Canluici Donnarumma ilə də yollarını ayırmağa hazırlaşır.