
"Neftçi”nin prezidenti Sadıq Sadıqov Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən komandanın düşərgəsinə gəlib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Sadıqov komandanın hazırlığı və təlim-məşq toplanışının gedişatı ilə yaxından tanış olub.
Məşqçilər heyəti və futbolçularla görüşən klub prezidenti onlara öz tövsiyyələrini verib və Avropa Liqasına hazırlıq prosesində uğurlar arzulayıb.