
Ukrayna millisinin heyətində məcburi dəyişiklik baş verib.
Sportnet.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İspaniya "Real Madrid"indən çağırılmış Andrey Lunin komandanın düşərgəsini tərk edib.
Buna 26 yaşlı qapıçının zədəli olması səbəb kimi göstərilib.
Onu Səudiyyə Ərəbistanının "Əl Şabab" komandasında çıxış edən Georgi Buşan əvəzləyib.
Qeyd edək ki, Ukrayna millisi sentyabrın 5-də Polşanın Vrotslav şəhərində Fransa ilə, sentyabrın 9-da isə Bakıda Azərbaycan yığması ilə 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarına çıxacaq.