
İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukaku "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyununda iştirak etməyəcək.
Sportnet.az Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib.
Səbəb belçikalı forvardın zədəli olmasıdır.
Hazırkı İtaliya çempionu "Mançester Yunayted"dən aldığı Rasmus Heylunnu siyahıya daxil edib.
Qeyd edək ki, bud nahiyəsindən zədə alan Romelu Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.