
Azərbaycan yığması ilə keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə İslandiya millisinin heyətində növbəti dəyişiklik baş verib.
Sportnet.az-ın məlumatına görə, qarşıdakı görüşü cəza üzündən buraxacaq Aron Eynar Qunnarssonun əvəzinə Niderland "Qroningen"inin hücumçusu Brinyolfür Villümsson dəvət alıb.
Daha əvvəl baş məşqçi Arnar Qunnlauqsson kapitan Orri Steynn Oskarssonu İspaniya "Real Sosyedad"ının heyətində zədə aldığı üçünYunanıstan "Volos"undan müdafiəçi Yortür Hermanssonla əvəzləyib.
Qeyd edək ki, İslandiya Azərbaycan millisi ilə sentyabrın 5-də evdə Reykyavikdəki Lauqardalsvollur stadionunda üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.