
"Rəşad Sadıqov 2 il artıq oynadı".
Bunu Sportnet.az-a müsahibəsində Milli Məclisin deputatı Səyyad Aran hazırda "Zirə"nin baş məşqçi vəzifəsində çalışan Rəşad Sadıqov barədə danışarkən deyib.
Onun sözlərinə görə, sabiq müdafiəçi karyerasını vaxtında bitirməməsi səbəbindən oyun zamanı səhvlərə yol verib: "Sadıqovun axırıncı oyunları yadınızdadır? Necə səhvlər edirdi?! Qurban Qurbanov deyə bilmirdi ki, get. Özü də başa düşə bilmirdi ki, getmək lazımdır. O, 2 il artıq oynadı. Onun neçə səhvləri oldu?! Mənim gözümün qabağındadır, səhvlər etdi və nəticədə komandamıza qollar vurdular".
Qeyd edək ki, Rəşad Sadıqov futbolçu karyerasını 2020-ci ildə - 38 yaşında ikən başa vurub və "Zirə"yə baş məşqçi təyin olunub.
Müsahibənin tam versiyası ilə burada tanış ola bilərsiniz...