
“Difai” ilə oyundan sonra azarkeşlərə çempionluq sözünü verən Cavid İmamverdiyev, gözlənilmədən “Quba” komandasını tərk edib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli futbolçu “Şəki” klubuna keçib.
Bu, yalnız bir transfer qərarı deyil – həm də komandadakı liderliyin, azarkeş etibarının və futbolçunun peşəkarlıq imicinin ciddi şəkildə sınanmasıdır.
Kapitan kimi məsuliyyət daşımalı olan futbolçu sözünü yerinə yetirməyərək həm komandanın ruhunu, həm də azarkeşlərin ümidlərini alçaldıb.
Futbolçunun şəxsi karyerasını ön plana çıxarması və sözünü unudaraq komandadan ayrılması peşəkarlıq və loyallıq prinsiplərinə ziddir.
Haşım MƏMMƏDOV