
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Litva və Niderland yığmaları arasındakı 2026-cı il dünya çempionatının seçmə oyununu idarə edib.
Sportnet.az xəbər verir ki, Kaunas şəhərindəki "Darius və Gireno" stadionunda təşkil olunmuş görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:2.
Hesabı 11-ci dəqiqədə “narıncılar”ın hücumçusu Memfis Depay açıb.
33-cü dəqiqədə Kvinten Timber fərqi artırıb.
Meydan sahibləri bu qollara 36-cı dəqiqədə Qvidas Gineytis və 43-cü dəqiqədə vaxtilə “Keşlə”də (İndiki “Şamaxı”da) çıxış etmiş Edvinas Girdvaynisin dəqiq zərbələri ilə cavab verib.
Lakin 63-cü dəqiqədə Depay “dubl” edərək, komandasına qələbə qazandırıb.
Məsiyev bu matçda cəmi bir oyunçuya Litvalı Paulius Qolubitskas sarı vərəqə göstərib
Qeyd edək ki,Elçin Məsiyevə,Elşad Abdullayev və Pərvin Talıbov yan xətt hakimləri,Əliyar Ağayev isə dördüncü hakim qismində yardımçı olub.