
İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Erlin Holann Norveç millisinin düşərgəsində çənəsini zədələyib.
Sportnet.az-ın məlumatına görə, hadisə nəticəsində 25 yaşlı hücumçuya 3 tikiş atılıb.
Forvardın sosial şəbəkələrdə paylaşdığı fotolarda yaralı hissə nəzərdən qaçmayıb.
"Az əvvəl avtobusun qapısına dəydim. İki tikiş atdılar. Əslində çox yaxşı görünür", - deyə o, paylaşımında yazıb.
Qeyd edək ki, Norveç millisi sentyabrın 4-də yoldaşlıq görüşündə Finlandiya üzərində qələbə qazanıb - 1:0. Yeganə qolu Erlin Holann 17-ci dəqiqədə penaltidən vurub.
Sentyabrın 9-da bu komanda evdə Moldova ilə DÇ-2026-nın seçmə qrup matçına çıxacaq.