
AFFA Lisenziya Komissiyası Azərbaycan Futbol Klubları Lisenziyalaşdırma Əsasnaməsinin 9-cu maddəsinə əsasən apardığı müzakirələrdən sonra bir sıra klublara Qızlar Yüksək Liqasında iştirak üçün lisenziya verib.
Sportnet.az xəbər verir ki, qərara əsasən “Liman”, “Sabah”, “Şəfa”, “Təhsil 8”, “Ümid” və “Zaqatala” klubları yeni mövsümdən Qızlar Yüksək Liqasında mübarizə aparacaq.
Beləliklə, 2025/2026 mövsümündə yarışacaq komanda sayı 12-yə çatıb:
- “Araz Naxçıvan”
- “Bakı Juniors”
- “Dirçəliş”
- “Liman”
- “Neftçi”
- “Qəbələ”
- “Sabah”
- “Sumqayıt”
- “Şəfa”
- “Təhsil 8”
- “Ümid”
- “Zaqatala”