
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) klubların yeni reytinq siyahısını açıqlayıb.
Sportnet.az-n məlumatına görə, "Qarabağ" klubu dünya reytinqində 38 pillə irəliləyib.
154,75 xala malik Azərbaycan çempionu 134-cü sıradan 96-cı yerə qalxıb.
"Sabah" (79,25) 264-cü pillədən 302-yə geriləyib.
"Araz-Naxçıvan" (70,25) 363-cü mövqedən 355-ə qalxıb.
"Zirə" (68) isə 274-dən 380-ə düşüb.
Ümumilikdə 506 klubun yer aldığı siyahıya 543 xalla Fransa PSJ-si rəhbərlik edir.