
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov beynəlxalq təyinat alıb.
Sportnet.az xəbər verir ki, Cəfərov Gənclər Liqasında ilk turun "Slaviya Praqa" (Çexiya) - "Budö Qlimt" (Norveç) matçında UEFA nümayəndəsi olacaq.
O, Yohann İnqi Yonssonun başçılıq etdiyi islandiyalı hakimlər briqadasının işinə qiymət verəcək.
Sentyabrın 17-də Praqadakı "Radotin" İdman Kompleksinin stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.