
"Qəzəblənmədim, gülməli gəldi".
Sportnet.az-ın məlumatına görə, bunu İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamal doğum günündə alçayboylu insanlardan istifadə etdiyinə və fiziki göstəriciləri əsasında qadınlar seçdiyinə dair iddialara münasibət bildirərkən deyib.
18 yaşlı hücumçu "Resonancia de Corazon" proqramına açıqlamasında ona qarşı müxtəlif yollarla qaralama cəhdlərinin olduğunu söyləyib: "Onlardan biri dedi ki, mən hansısa üsulla qadınları seçmişəm. Bunların hamısı yalan idi. Sonra orada işləyən ofisiantlarla bağlı məsələ ortaya çıxdı".
Qeyd edək ki, Lamin Yamal ispaniyalı model Klaudiya Kalvonun açıqlamasından sonra da tənqidlərə tuş gəlib. 2021-ci il gözəllik müsabiqəsinin qalibi Yamalın müəyyən döş ölçüsünə malik 12 qadına doğum günü tədbirində sutkalıq iştirak üçün 10 min avrodan 12 min avroyadək ödədiyini iddia edib.