
Bugünkü oyunun nəticəsi hər iki komanda üçün önəmli idi. Lakin heç birimiz qalib gələ bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, komandası üçün bu, istəmədikləri nəticə olub: "İlk yarıda inanılmaz, mövsüm ərzində edə biləcəyimiz sayda səhvlər buraxdıq. İkinci hissədə meydana çıxanlar yaxşı təsir bağışladılar. Bugünkü oyunun nəticəsi ədalətli idi".
Dambrauskas Azərbaycan Premyer Liqasının ağır çempionat olduğunu vurğulayıb: "Hara gəldiyimi, burada çempionatın necə qızğın və gərgin keçdiyini bilirdim. Bu, elə bir çətin liqadır ki, bütün komandalar xal itirib. 4 xal toplamaq mənim gözləmədiyimdir, amma mövsümün əvvəlidir. Hələ də çox inkişaf etməliyik. Cesse Sekidika, Zidedin Uld Xaled, İqor Noqeyra yox idi. Amma meydana ilk dəfə daxil olan futbolçular da oldu. Bunlar bir-birilərini daha da yaxşı olduqca gələcəkdə daha da böyüyəcək, inkişaf edəcəyik. Sabah yeni məşqə başlayırıq və "Turan Tovuz"la görüşə hazırlaşacağıq".
O, Azərbaycan millisi ilə bağlı sualı cavablandırmaq istəməyib: "Bu sual mənə aid deyil, Azərbaycan xalqının seçimidir. AFFA rəhbərliyi seçimi aparmalıdır".