Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir.
"Turan Tovuz"un mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, drenaj və suvarma sistemi quraşdırılan meydançaya toxum əkilib.
Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb.
Təbii ot örtüyünün oktyabrın sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda "Turan Tovuz" ev oyunlarını "Qarabağ"a məxsus "Azersun Arena"da keçirir.







































































