
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyada "Benfika"nı məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, "Qarabağ" Lissabondakı "Da Luj" stadionunda keçirilmiş matçda əzmkar qələbə qazanıb - 3:2. Bu, Azərbaycan klubunun Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi kimi əlamətdar olub.