Çexiyanın "Mlada Boleslav" klubunun prezidenti Yozef Dufek
Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri haqda danışıb.
Sportnet.az-ın Çexiya mətbuatına istinadən məlumatına görə, Dufek Azərbaycan təmsilçisi
"Qəbələ" ilə qarşılaşmanı arzuolunmaz hesab edib.
Bosniya
və Herseqovina təmsilçisi "Şiroki Brieq"lə Topaz Premyer Liqasının
bürünc mükafatçısı "Qəbələ" arasında baş tutacaq Avropa Liqasının I təsnifat
mərhələsinin qalibi ilə qarşılaşacaq "Mlada Boleslav"ın prezidenti
bir sıra səbəblər üzündən Azərbaycan klubu ilə qarşılaşmaq istəmədiklərini
bildirib. O, iqlim, maddi xərclər və zamana qənaət baxımından "Şiroki
Brieq"lə oynamağın daha əlverişli olduğunu bildirib: ""Şiroki
Brieq"lə üz-üzə gəlməyimizin daha bir üstünlüyü, futbolçumuz Jasmin Skukun
da Bosniya və Herseqovina milli komandasının məşqçilər korpusunun diqqətini üzərinə
cəlb etmək şansı qazanmasıdır. Artıq dünya çempionatında irəliləmək şansı
olmayan Bosniya və Herseqovina yığmasında dəyişikliklər qaçılmazdır. Belədə,
Skuk doğma torpağında özünü sübut etmək üçün əla şans qazanar".
Çexiya
təmsilçisinin prezidenti Qəbələyə səfər etmək istəmədiyini aşkar büruzə verib.
Ancaq o, heç də Dorinel Muntyanunun yetirmələrindən çəkinərək, belə açıqlama
verməyib: "Qəbələdə cəhənnəm istisinin olacağı gözlənilir. Bu, bizi
narahat edir. Ancaq inkişaf etmək istəyiriksə, hər şeyə hazır olmalıyıq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |