
"Qarabağ"ın futbolçusu Toral Bayramov "Araz-Naxçıvan"a səfərdə 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından əliboş çıxmayıb.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra jurnalistlər önünə imzalı topla çıxıb.
O, het-trik etdiyi topu komanda yoldaşlarına imzalatdıraraq, evinə aparıb.
Qeyd edək ki, Toral Bayramov "Araz-Naxçıvan"la görüşdə qollarından ikisini penaltidən, digərini oyun vəziyyətindən vurub. O, həmçinin Musa Qurbanlıya məhsuldar ötürmə verib.