
FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
AFFA-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Umudlu V qrupun oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq.
O, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.
Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.