
"Xeyr, mən ona nə sual, nə də cavab verə bilərəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliya "Benfika"sındakı həmkarı Joze Mourinyonun fikirlərinə münasibət bildirərkən deyib.
Mourinyo "Benfika"nın İngiltərənin "Çelsi" komandasına uduzmasındansa Azərbaycan klubuna məğlubiyyətdə problem gördüyünü bildirib.
"Ona cavab verə bilərsiniz?" sualı qarşılığında Qurbanovun açıqlaması belə olub: "Xeyr, cünki o, Joze Mourinyodur. O, dahi məşqçilərdən biridir".
Qeyd edək ki, "Benfika"nın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçında "Qarabağ"a 2:3 hesablı məğlubiyyətindən sonra Brunu Laji baş məşqçi postundan istefaya göndərilib və onun yerinə Joze Mourinyo gətirilib. Mourinyo isə II tur qarşılaşmasında keçmiş komandası "Çelsi"yə İngiltərədə məğlubiyyət acısı dadıb. Oyundan sonra o, "Məğlubiyyətdən məğlubiyyətə fərq var" açıqlaması ilə gündəmə gəlib.