
Danimarkanın "Kopenhagen" komandası Bakıda "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçında ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Yakob Neestrup açıqlama verib.
O bildirib ki, Rodriqo Ueskas oyunun əvvəllərində zədə alaraq, meydanı xərəkdə tərk edib. Ueskasın tibbi müayinəsi Kopenhagendə olacaq.
Baş məşqçi meksikalı vingerin uzun müddətə sıradan çıxma ehtimalının olduğunu təəssüflə dilə gətirib: "Bu, ehtiyatlandığımız zədə olsa, çox məyusluqla qarşılayacağam. O, əla mövsüm keçirir və gələn il təşkil olunacaq dünya çempoionatında Meksika millisində oynamaq imkanını səbirsizliklə gözləyir. Amma indi testlərinin nəyi göstərəcəyinə baxacağıq".
Qeyd edək ki, 11-ci dəqiqədə zədələnən Rodriqo Ueskası Yoram Zaqe əvəzləyib. Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.