
"Qarabağ"ın Danimarka "Kopenhagen"i ilə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçında vurduğu ikinci qol fərqləndirilib.
Sportnet.az-ın məlumatına görə, Emmanuel Addainin 83-cü dəqiqədə rəqib müdafiəçilərin əhatəsində oldğu halda cərimə meydançası xaricindən endirdiyi zərbə dəqiq olub.
UEFA bu qolu ikinci oyun gününün ən yaxşısı seçib.
İlk oyun günün ən yaxşısı isə Almaniya "Bavariya"sının futbolçusu Rafael Gerreyronun Yunanıstanda "Pafos"la görüşün 20-ci dəqiqəsində vurduğu komandasının ikinci qolu sayılıb.
Qeyd edək ki, "Qarabağ" "Kopenhagen"i evdə 2:0, "Bavariya" isə səfərdə "Pafos"u 5:1 hesabı ilə yenib.