
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatının seçmə mərhələsində Uels və Latviya yığmaları ilə keçiriləcək oyunlar üçün komandaya dəvət olunan futbolçuların siyahısını açıqlayıb. Qarşılaşmalar müvafiq olaraq 9 və 14 oktyabr tarixlərində keçiriləcək.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, milli komandaya dəvət olunan futbolçular aşağıdakılardır:
Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Ceyms Trafford (“Mançester Siti”);
Müdafiəçilər: Den Börn (“Nyukasl”), Mark Quehi (“Kristal Pelas”), Ris Ceyms (“Çelsi”), Ezri Konsa (“Aston Villa”), Mayls Luis-Skelli (“Arsenal”), Karell Kuansa (“Bayer”, Leverkuzen), Ced Spens (“Tottenhem”), Con Stounz (“Mançester Siti”);
Yarımmüdafiəçilər: Elliot Anderson, Morqan Gibbs-Uayt (hər ikisi “Nottingem Forest”), Cordan Henderson (“Brentford”), Ruben Loftus-Çik (“Milan”), Deklan Rays (“Arsenal”), Morqan Rocers (“Aston Villa”);
Hücumçular: Carrod Bouen (“Vest Hem”), Ebereçi Eze, Bukayo Saka (hər ikisi “Arsenal”), Entoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bayern”), Markus Reşford (“Barselona”), Olli Uotkins (“Aston Villa”).
Tuxelin heyətində bəzi yeni seçimlər də diqqət çəkir. Xüsusilə, Luis-Skelli (“Arsenal”) və Kuansa (“Bayer”) kimi gənc oyunçuların debüt imkanı qazanması futbol ictimaiyyətində maraq doğurub.